Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında!

Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında!
31.07.2026 12:57 İdman

Gülxanım Şirinova Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda güləşəcək.

TodayPress TV xəbər verir ki, 40 kq çəki dərəcəsində yarışan güləşçi təsəlliverici görüşdə monqolustanlı Azzaya Battulqanı 10:0 hesabı ilə məğlub edib.

O, bürünc medal uğrunda görüşdə türkiyəli Şirin Askara ilə qarşılaşacaq.

Gülxanımdan fərqli olaraq, Fatimə Bayramova dünya çempionatının təsəlliverici görüşündə məğlub olub. 

53 kq çəki dərəcəsində yarışan güləşçi macarıstanlı Mariya Jitovoza 0:2 hesabı ilə uduzaraq mundialda mübarizəni dayandırıb.

Namiq HUN

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər