Azərbaycanın yeni buz rəqsi cütlüyü Qran-pridə 4-cü oldu
1–3 oktyabr tarixlərində Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda ilk dəfə təmsil edən yeni buz üstündə rəqs cütlüyü Sofiya Beznosikova və Maks Leleu Sloveniyanın Lyublyana şəhərində keçirilən yeniyetmələr arasında Qran-pri yarışında uğurla çıxış ediblər.
TodayPress TV xəbər verir ki, idmançılarımız ritm və sərbəst rəqs üzrə yekunda 149,01 xal toplayaraq 18 cütlük arasında 4-cü yerə sahib olublar.

