Azərbaycanın U-21 millisi seçmə mərhələdə ilk xalını qazandı
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.
TodayPress TV xəbər verir ki, B qrupunda yer alan milli komandamız Bakıda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət kollektivlə qarşılaşıb.
Liv Bona Dea Arena”da keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb. Bununla da yığmamız seçmə mərhələdə ilk xalını qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi B qrupunun I turunda səfərdə Portuqaliyaya 0:5 hesabı ilə uduzub.