Azərbaycanın U-20 millisi yoldaşlıq oyununda Moldova ilə qarşılaşacaq
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi oktyabrın 3-də yoldaşlıq oyunu keçirəcək.
TodayPress TV xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.
Qəbələ şəhər stadionundakı qarşılaşma saat 18:00-da start götürəcək.
Xatırladaq ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 6-da Yaponiya ilə qarşılaşacaq.