Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır

Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır
31.07.2026 09:40 İdman

Güləş üzrə U-17 dünya çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, yarışın beşinci günündə Azərbaycanın 5 sərbəst güləşçisi xalça üzərinə çıxacaq. 

Hüseyn Rzazadə (48 kq) və Nihad Süleymanlı (80 kq) 1/8 final mərhələsindən mübarizəyə qatılacaqlar. 

Abbas Şəfiyev (55 kq), Rəşid Nazarov (65 kq) və Hakim Tağıyev (110 kq) təsnifat mərhələsindən şanslarını sınayacaqlar. 

Qeyd edək ki, bu gün həmçinin qadın güləşçilərdən Gülxanım Şirinova (40 kq) Azzaya Battulqa (Monqolustan), Fatimə Bayramova (53 kq) isə Mariya Jitovoz (Macarıstan) ilə təsəlliverici görüşdə çempionatın mükafatları uğrunda mübarizə aparacaqlar. 

Namiq HUN

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər