Azərbaycanın basketbol millisi seçmə mərhələdə məğlub oldu

Azərbaycanın basketbol millisi seçmə mərhələdə məğlub oldu
30.11.2025 20:53 İdman

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

TodayPress TV xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Lüksemburq yığması ilə üz-üzə gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 95:90.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya uduzub - 49:87.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər