Azərbaycan parataekvondoçusu gümüş medal qazandı

Azərbaycan parataekvondoçusu gümüş medal qazandı
13.05.2026 21:50 İdman

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən TodayPress TV-yə verilən məlumata görə, təmsilçimiz K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxıb.

O, həlledici qarşılaşmada türkiyəli Yusuf Yünaçtıya məğlub olub. Bu, qitə birinciliyində İ.Xəlilovun ikinci gümüş medalı kimi tarixə düşüb.

Qeyd edək ki, daha əvvəl parataekvondoçu Sabir Zeynalov (58 kq) yarışda gümüş medala sahib çıxıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər