Azərbaycan millisində ciddi itki

Azərbaycan millisində ciddi itki
14.10.2025 09:03 İdman

Azərbaycan yığma komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukraynaya qarşı keçirilən görüşdə sarı vərəqə ilə cəzalanıb.

TodayPress TV xəbər verir ki, bu, qolkiperin cari seçmə mərhələdə aldığı ikinci sarı vərəqə olduğundan Şahruddin cəzalı duruma düşüb.

Məhəmmədəliyev noyabrın 13-də İslandiya yığmasına qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçda millinin heyətində yer almayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər