Azərbaycan Kubokunun finalına saatlar qaldı
Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.
TodayPress TV xəbər verir ki, “Palms Sports Arena”da baş tutacaq həlledici qarşılaşmada “Sabah” və “Zirə” komandaları üz-üzə gələcək.
Azərbaycan çempionu “Sabah” “qızıl dubl” etməyi planlaşdırır. “Zirə” isə kuboka sahib çıxaraq avrokuboklara vəsiqə qazanmaq istəyir.
FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi final matçı saat 20:00-da start götürəcək.
Namiq HUN