Azərbaycan klublarına yox dedi: Abasovun hədəfi xaricdir

Azərbaycan klublarına yox dedi: Abasovun hədəfi xaricdir
17.12.2025 14:42 İdman

“Neftçi” klubu ilə yollarını ayıran Samir Abasov xaricdən təklif alıb.

TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə 47 yaşlı mütəxəssisin özü məlumat verib.

Samir Abasov hazırda qarşı tərəflə danışıqların aparıldığını bildirib:

“Bu, iki tərəf arasında gedən danışıqlardır. Hansı ölkə olduğunu hələ deyə bilmərəm. Yalnız məsələ dəqiqləşdikdən sonra məlumat verəcəyik”.

Mütəxəssis adının “Araz-Naxçıvan” və “Turan-Tovuz” klubları ilə hallanmasına da münasibət bildirib:

“Azərbaycan klublarının heç birindən təklif almamışam. Ümumiyyətlə, bu klublarla hər hansı danışıqlarımız olmayıb”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər