Azərbaycan idmançısı Bakıda üçqat dünya çempionu oldu

Azərbaycan idmançısı Bakıda üçqat dünya çempionu oldu
26.11.2026 19:04 İdman

Azərbaycan idmançısı Fərhad Bağırov Bakıda keçirilən qrepplinq üzrə dünya çempionatında ardıcıl üçüncü dəfə qızıl medal qazanıb.

TodayPress TV xəbər verir ki, Dünya Güləş Birliyi (UWW) rəsmi saytında təmsilçimizin uğuruna xüsusi yer ayırıb.

58 kq çəki dərəcəsində mübarizə aparan Bağırov finalda Qırğızıstan təmsilçisi Nazim Maxmedovu 5:2 hesabı ilə məğlub edib.

Həlledici görüşün əvvəlində rəqib iki xal qazanaraq önə keçib. Lakin Maxmedovun passivliyə görə cəzalandırılmasından sonra fərqi azaldan Bağırov ağrıdıcı fənd cəhdləri ilə hesabı əvvəlcə bərabərləşdirib, daha sonra 3:2 önə çıxıb. Qırğızıstan tərəfinin uğursuz etirazı isə azərbaycanlı idmançının hesabına daha iki xal əlavə edib.

UWW Fərhad Bağırov və fransalı Antoni de Oliveyranın qələbələrini xüsusi vurğulayıb. Digər yeddi çəki dərəcəsində isə qızıl medalları Rusiya idmançıları qazanıblar.

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər