Azərbaycan yığması seçmə mərhələdə ilk sınağından keçə bilmədi
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının I seçmə mərhələsində ilk oyununa çıxıb.
TodayPress TV xəbər verir ki, B Liqasının III qrupunda mübarizə aparan komandamız səfərdə Serbiya yığması ilə qarşılaşıb. Stara Pazovada keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
U-19 millimiz qrupda növbəti oyununu noyabrın 29-da Şimali Makedoniya, dekabrın 2-də isə Monteneqro yığmasına qarşı keçirəcək.