Virus Fernando Alonsonu Qətər Qran-prisindən kənarda qoydu
“Formula-1” üzrə ikiqat dünya çempionu Fernando Alonso virus infeksiyasından sonra sağalma prosesini davam etdirdiyi üçün Qətər Qran-prisinin ilk günü “Lusail avtodromu”na gəlməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Kris Medland sosial şəbəkənin “X” platformasındakı hesabında məlumat verib.
Bildirilib ki, ispaniyalı pilot Las-Veqas Qran-prisinin sonlarına yaxın virusa yoluxub. “Aston Martin” komandası Alonsonun cümə günü paddoka qayıdacağına ümid edir.
Qətər Qran-prisinin ilk sərbəst yürüşündə ispaniyalı pilotu komandanın ehtiyat sürücüsü Cek Krouford əvəz edəcək.
Qeyd edək ki, Alonso 2026-cı il mövsümündə komandası üçün 7 xal toplayıb. O, bu göstərici ilə “Uilyams”ın pilotu Aleks Albonu (5 xal), həmçinin “Red Bull” və “Racing Bulls” komandalarının ehtiyat pilotu Yuki Tsunodanı və “Haas”ın ehtiyat sürücüsü Ryo Hirakavanı (hərəyə 1 xal) qabaqlayır.
Namiq HUN