"İnterpol"dan 18 ölkədə nəhəng əməliyyat: Çox sayda saxlanılan var
Avropa, Şimali Afrika və Yaxın Şərq ölkələrinin hüquq-mühafizə orqanları keçirilən əməliyyat zamanı terror fəaliyyətində şübhəli bilinən şəxslər də daxil olmaqla, 65 nəfəri saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “İnterpol”un mətbuat xidməti məlumat yayıb.
Təşkilatın bəyanatında bildirilir ki, mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizə çərçivəsində keçirilən “Neptun VIII” əməliyyatı 18 ölkədə həyata keçirilib. Terror qruplaşmalarında iştirakda və terror fəaliyyətində şübhəli bilinən şəxslər Əlcəzair, Tunis və Albaniyada saxlanılıb.
Həmin əməliyyat çərçivəsində Portuqaliyada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb və 290 kiloqram kokain müsadirə edilib.
Aysel Mətləb