İran dronu Küveytdə iki italiyalının ölümünə səbəb oldu - Meloni təsdiqlədi

İran dronu Küveytdə iki italiyalının ölümünə səbəb oldu - Meloni təsdiqlədi
26.11.2026 18:35 Dünya

Küveyt ordusu İranın ölkədəki “strateji əhəmiyyətli obyektə” dron hücumu zamanı yaralanan iki italiyalı işçinin öldüyünü təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə İtaliyanın "ANSA" agentliyi məlumat yayıb.

Bildirilib ki, onlar Almaniyanın silah istehsalçısı “Rheinmetall” şirkətinin əməkdaşları olublar.

İtaliyanın Baş naziri Corcia Meloni də məlumatı təsdiqləyib:

"Avropa Şurasının iclası zamanı Küveytdə baş verən hücum nəticəsində iki İtaliya vətəndaşının faciəvi şəkildə həlak olması xəbərini aldım. Öz adımdan və hökumət adından dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə ən səmimi təsəllilərimi çatdırıram. Hücumdan zərər çəkən bütün insanların və onların ailələrinin yanında olduğumu bildirirəm".

Daha əvvəl Küveyt ordusu ölkənin hava məkanında “İrana məxsus düşmən dronları” ilə bağlı tədbirlər görülərkən, düşən qalıqlar nəticəsində iki italiyalı da daxil olmaqla, dörd nəfərin yaralandığını bildirmişdi.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər