Donald Tramp NATO-nun baş katibi ilə nələri müzakirə etdi?
ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə Rusiya və Ukrayna arasında münaqişənin genişlənməsinin qarşısını almağın zəruriliyini müzakirə edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Biz müharibənin mümkün qədər tez sülh yolu ilə nizamlanmasına nail olmağın vacibliyini ətraflı müzakirə etdik!” – deyə o bildirib.