Helsinki "qapını" 2028-dək bağlayır: Miqrantlara qarşı sərt qanun uzadıldı

Helsinki "qapını" 2028-dək bağlayır: Miqrantlara qarşı sərt qanun uzadıldı
26.11.2026 18:25 Dünya

Finlandiya Nazirlər Kabineti miqrantların qəbul edilməməsinə imkan verən sərhəd təhlükəsizliyi haqqında qanunun qüvvədə olma müddətinin 2028-ci il dekabrın 31-dək uzadılmasını təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Finlandiyaya idarə olunan miqrasiya ilə mübarizədə kömək edən sərhəd təhlükəsizliyi haqqında qanunun qüvvədə olma müddəti iki il – 2028-ci il dekabrın 31-dək uzadılacaq. Respublika Prezidenti hökumətin təklifini cümə günü, noyabrın 27-də təsdiqləməyi planlaşdırır. Qanun dekabrın 1-də qüvvəyə minəcək”, – deyə qurumun saytında dərc olunan bəyanatda bildirilib.

Qeyd edək ki, qanun 2024-cü il iyulun 22-də qüvvəyə minib və ilkin olaraq onun qüvvədə olma müddəti bir il müəyyən edilib. Sənəddə hökumətin prezidentlə birgə keçirilən iclasında Finlandiya sərhədində və onun bilavasitə yaxınlığında müdafiə verilməsi ilə bağlı müraciətlərin qəbulunun məhdudlaşdırılması barədə qərarın hansı şərtlər daxilində verilə biləcəyi əksini tapıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər