Azərbaycan güləşinin yeni rekordçusu
Xorvatiyada güləş üzrə dünya çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, Zaqreb turnirində yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.
Eldəniz Əzizli (55 kq) bürünc medal görüşündə qırğızıstanlı Ulan Uulu ilə qarşılaşıb. Rəqibinə elə ilk hissədə tam üstünlüklə (9:0) qalib gələn millimizin kapitanı dünya üçüncüsü olub.
Nəticədə karyerasında 7-ci dəfə böyüklər arasında fəxri kürsüyə qalxan (4 qızıl, 3 bürünc) Əzizli bu göstəricidə Azərbaycan güləşinin yeni rekordçusu olub.
Namiq HUN