Azərbaycan dueti zirvədə: Türkiyədə bütün rəqiblərə qalib gəldilər!

Azərbaycan dueti zirvədə: Türkiyədə bütün rəqiblərə qalib gəldilər!
13.08.2026 10:15 İdman

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirin qalibi olublar.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb. 

Çimərlik voleybolu üzrə milli üzvləri İbrahim Məmmədov və Muhəmməd Aslanlı Türkiyənin Tekirdağ şəhərində keçirilən və FIVB reytinq xalları qazandıran açıq çempionatda bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Qadınların turnirində mübarizə aparan Səbinə Əlizadə və Leyla Əliyevadan ibarət duetimiz isə 4-cü yeri tutub.

Qeyd edək ki, Azərbaycanın çimərlik voleybolçuları növbəti olaraq Türkiyənin Çatalca şəhərində keçiriləcək beynəlxalq turnirdə də iştirak edəcəklər.

Namiq HUN

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər