Balabəy Ağayev mübarizəni dayandırdı

Balabəy Ağayev mübarizəni dayandırdı
04.10.2026 15:16 İdman

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

TodayPress TV xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda ABŞ-dən olan Conatan Yanqa məğlub olub.

B.Ağayev daha əvvəl Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırmışdı.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.

***

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda təşkil olunan dünya çempionatında ilk qələbəsini əldə edib.

TodayPress TV xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 final mərhələsində Ukrayna təmsilçisi Dilşot Xalmatovu məğlub edərək növbəti mərhələyə yüksəlib.

Balabəy Ağayev 1/8 finalda ABŞ təmsilçisi Conatan Yanqla qarşılaşacaq.

Qeyd edək ki, oktyabrın 11-dək davam edəcək dünya çempionatında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın iştirak edir. Azərbaycan yarışda fərdi mübarizədə 13 çəki dərəcəsi üzrə 24 idmançı ilə təmsil olunur. Onlardan 17-si kişi, 7-si isə qadın cüdoçudur.

Azərbaycan millisi oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında da tatami üzərinə çıxacaq.

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər