Azərbaycan boksu zirvədə: Mamedov finalda rəqibini darmadağın etdi

Azərbaycan boksu zirvədə: Mamedov finalda rəqibini darmadağın etdi
29.11.2025 16:15 İdman

Azərbaycan boksçusu Sübhan Mamedov (50 kq) U-23 Avropa çempionatının qalibi olub. 

TodayPress TV xəbər verir ki, millinin lideri finalda Maksim Rudiki (Ukrayna) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən Mamedov yekunda 4:1 (28:29, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gələrək Avropa çempionu titulunu qazanıb. 

Nəticədə milli komanda Avropa çempionatını 3 medalla başa vurub.

Sübhan Mamedovdan öncə Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) bürünc mükafata sahib olublar.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Azərbaycan boksu zirvədə: Mamedov finalda rəqibini darmadağın etdi — 1
XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər