Avropanın ilk finalçısı məlum oldu
İngiltərə millisi Avropadan dünya çempionatına vəsiqə qazanan ilk komanda ünvanına sahıb çıxıb.
TodayPress TV xəbər verir ki, Dumanlı Albion təmsilçisi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Latviya yığmasına (5:0) qalib gələrək mundialın həlledici mərhələsinə adını yazdıran ilk Avropa komandası olub.
K qrupunun altı seçmə oyununun hər birində qələbə qazanan İngiltərə yığma komandası 18 xalla liderdir.
İngiltərə ardıcıl səkkizinci dəfə (1998-ci ildən bəri) dünya çempionatına vəsiqə qazanaraq, tarixində ən uzun seriyasına nail olub.
Namiq HUN