Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır!

Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır!
30.07.2026 10:02 İdman

Bu gün “Zirə” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Estoniyanın “Payde” klubu ilə cavab matçına çıxacaq.

TodayPress TV xəbər verir ki, ilk görüşdə qeydə alınan 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün meydana çıxacaq “qartallar” qarşılaşmada qələbə qazanaraq mərhələ adlamağa çalışacaq.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. 

“Neftçi” futbol klubu isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında Belarusun “Dinamo” (Minsk) klubu ilə səfərdə qarşılaşacaq.

“Ağ-qaralar”ı çətin səfər sınağı qözləyir. Bakıda keçirilən ilk görüşdə rəqibinə 2:4 hesabı ilə məğlub olan “Neftçi” mərhələ adlamaq üçün Stara Zaqora qarşılaşmasında böyükhesablı qələbə qazanmalıdır.

Beroe stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər