Avropada daha bir zəfər! “Sabah” Azərbaycana xal qazandırdı
“Sabah” klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Orhus” üzərində qazandığı 4:0 hesablı qələbə Azərbaycanın UEFA reytinqinə də müsbət təsir edib.
TodayPress TV xəbər verir ki, “bayquşlar”ın Danimarka təmsilçisi üzərində inamlı qələbəsi ölkəmizin aktivinə daha 0,250 əmsal qazandırıb.
“Sabah” cari avrokubok mövsümündə qazandığı qələbələrlə Azərbaycanın UEFA ölkə reytinqindəki mövqeyinə töhfə verməkdə davam edir.
Namiq HUN