Avroliqa tarixinin ən məhsuldar matçı

İdman

21.11.2025 17:40

Basketbol üzrə Avroliqa çempionatında keçirilən “Real Madrid” – “Jalgiris” (100:99) matçında bir neçə tarixi rekord qeydə alınıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Basket News məlumat yayıb. 

“Real Madrid” Avroliqa tarixində cəmi iki dəqiq üçxallıq zərbə ilə 100 xal toplayan ilk komanda olub. Bu göstərici ilə Madrid klubu fəaliyyətini dayandırmış “Ural-Qreyt”ın əvvəlki — 97 xallıq rekordunu yeniləyib.

Matçın son dördüncü periodu da tarixə düşüb. Komandalar birlikdə 75 xal (Real — 38, Jalgiris — 37) toplayaraq Avroliqa tarixində ilk dəfə iki komandanın eyni periodda 37 xalı keçdiyi oyun kimi qeydə alınıb.

Bununla yanaşı, görüşün ikinci hissəsində komandalar ümumilikdə 119 xal toplayıb. Bu, Avroliqa tarixində üçüncü ən yüksək göstəricidir.

“Jalgiris” klubunun oyunçusu Silven Fransisko matçda xüsusi fərqlənib. O, 33 xal, 11 məhsuldar ötürmə və 37 səmərəlilik indeksi ilə çıxış edib. Fransisko, Avroliqa tarixində 33/11 statistikasına çatan yalnız ikinci basketbolçu olub. Bu göstərici ilk olaraq 2020/21 mövsümündə Kevin Panqos tərəfindən qeydə alınıb.

Fransisko eyni zamanda şəxsi xal rekordunu təkrarlayıb, ötürmə və effektivlik üzrə şəxsi rekordlarını yeniləyib.

Namiq HUN

TodayPress TV

tag: Avropa,Liqa,Basketbol,Matç,Todaypress.tv,