Avrokubok fiaskosu və böyük məğlubiyyət – De Zerbi gedir
İdman
11.02.2026 10:08
İtaliyalı məşqçi Roberto De Zerbi “Marsel” klubunun baş məşqçi postunu tərk etməyə qərar verib.
TodayPress TV xəbər verir ki, insayder Fabrizio Romano sosial şəbəkə hesabında tərəflərin əməkdaşlığa vaxtından əvvəl son qoymaq barədə razılığa gəldiyini bildirib.
Məlumata görə, yaxın vaxtlarda mütəxəssisin istefası ilə bağlı rəsmi açıqlama gözlənilir. Komandada qeydə alınan uğursuz nəticələrdən sonra ayrılmaq təşəbbüsü məhz De Zerbinin özündən gəlib. 46 yaşlı italiyalı avrokuboklarda və Fransa çempionatında əldə olunan nəticələri qənaətbəxş hesab etmədiyi üçün vəzifəsindən azad olunmasını istəyib.
Qeyd edək ki, “Marsel” De Zerbinin rəhbərliyi altında UEFA Çempionlar Liqasının ümumi mərhələsini 25-ci pillədə başa vuraraq pley-off mərhələsinə yüksələ bilməyib. Liqa 1-də isə komanda 21 turdan sonra topladığı 39 xalla dördüncü sırada qərarlaşıb.
Komanda son qarşılaşmada çempionatın lideri PSJ-yə 0:5 hesabı ilə məğlub olub. Nəticənin qərara ciddi təsir etdiyi bildirilir.
Namiq HUN
tag: Roberto De Zerbi,“Marsel” klubu,İtaliya,Fabrizio Romano,Todaypress.tv,
