“Atletiko”nun əsas hücumçusu mövsümün əvvəlində sıradan çıxdı

“Atletiko”nun əsas hücumçusu mövsümün əvvəlində sıradan çıxdı
13.08.2026 13:30 İdman

Madridin “Atletiko” klubunun hücumçusu Aleksandr Syörlot zədə səbəbindən yeni mövsümün startında komandasına kömək edə bilməyəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Bildirilir ki, norveçli futbolçu ötən həftə məşqlərdən birini vaxtından əvvəl dayandırıb. Bundan sonra Cənubi Koreyadakı təlim-məşq toplanışına aparılmayan digər futbolçularla birlikdə məşqlərdə iştirak etməyib.

Məlumata görə, Syörlotda əzələ zədəsi aşkarlanıb. Bu səbəbdən 30 yaşlı hücumçunun mövsümün əvvəlində bir neçə oyunu buraxacağı bildirilir.

Qeyd edək ki, “Atletiko” 2026/2027-ci illər mövsümündə ilk oyununu avqustun 19-da keçirəcək. Dieqo Simeonenin komandası La Liqanın ilk turunda “Malaqa”nı qəbul edəcək.

Syörlot ötən mövsüm İspaniya çempionatında 35 oyunda iştirak edib və 13 qol vurub.

Namiq HUN

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər