“Aston Villa” yoxlama oyununda heç-heçə etdi

“Aston Villa” yoxlama oyununda heç-heçə etdi
27.07.2025 14:15 İdman

Almaniyanın “Ayntraxt” klubu İngiltərənin “Aston Villa” komandası ilə yoxlama matçında qarşılaşıb.

TodayPress TV xəbər verir ki, görüş 2:2 hesablı bərabərliklə başa çatıb.

Frankfurt təmsilçisinin heyətində Elie Vaahi və Eba İss fərqləniblər. “Aston Villa”nın qollarını isə Ollie Uotkins və Morqan Rocers vurublar.

“Ayntraxt” növbəti yoxlama oyununu 30 iyul tarixində ABŞ-nin “Luisvill Siti” komandasına qarşı keçirəcək. “Aston Villa” isə ertəsi gün “Sent-Luis”lə qarşılaşacaq.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər