“Aston Villa” böyük transferi rəsmiləşdirdi! Rucyeri İngiltərəyə gedir

“Aston Villa” böyük transferi rəsmiləşdirdi! Rucyeri İngiltərəyə gedir
12.08.2026 13:29 İdman

İtaliyalı müdafiəçi Matteo Rucyeri “Atletiko Madrid” klubundan “Aston Villa”ya keçib.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.

Bildirilir ki, transferin məbləği 30 milyon avro təşkil edib. Rucyeri yeni klubu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb və illik 4 milyon avro maaş alacaq.

24 yaşlı futbolçu 2025/2026-cı illər mövsümündə “Atletiko”nun heyətində 26 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında 15 matçda iştirak edərək 3 assistə imza atıb.

Rucyeri “Atletiko”ya 2025-ci ildə keçib. Onun əvvəlki klubları İtaliyanın “Atalanta” və “Salernitana” komandaları olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər