“Aston Martin”dən rəsmi gələcək həmləsi: Sürücü heyəti bəlli oldu!

“Aston Martin”dən rəsmi gələcək həmləsi: Sürücü heyəti bəlli oldu!
29.09.2026 15:43 İdman

"Formula-1"in ikiqat çempionu, 45 yaşlı Fernando Alonso və 27 yaşlı kanadalı pilot Lens Stroll «Aston Martin» komandası ilə müqavilələrinin müddətini uzadıblar. 

TodayPress TV xəbər verir ki, Böyük Britaniya təmsilçisinin mətbuat xidməti hər iki sürücünün 2027-ci il mövsümündə də komandada çıxış edəcəyini rəsmən açıqlayıb.

Klubun rəsmi bəyanatında deyilir: 

“Lens Stroll və Fernando Alonso “Aston Martin” komandasına sadiqliklərini təsdiqləyirlər - 2027-ci il üçün pilotlar heyəti təsdiqləndi. Lens Stroll və Fernando Alonsonun uzunmüddətli müqavilələri uzadaraq komandanın pilotları kimi çıxışlarını davam etdirəcəklərini bildirməkdən şadıq”.

Qeyd edək ki, 2026-cı il mövsümünün geridə qalan 15 mərhələsindən sonra Britaniya komandası Konstruktorlar Kubokunda cəmi 3 xalla sondan əvvəlki - 10-cu pillədə qərarlaşıb. Qazanılan bütün xallar Alonso tərəfindən komandanın aktivinə yazdırılıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər