Artetadan çempion mesajı: “Yenidən hər şeyi sübut etməliyik!”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın İngiltərə çempionu statusunun yeni mövsümdə rəqiblərin yanaşmasına təsiri barədə danışıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Arsenal”ın rəsmi saytına açıqlama verib.
İspaniyalı mütəxəssis bildirib ki, “Arsenal” yeni mövsümə sıfırdan başlayacaq və çempionluq səviyyəsini yenidən sübut etməlidir.
“Rəqiblərin bizə çempion kimi xüsusi hazırlaşdığını hiss edirəmmi? Bu gündən etibarən yox. Çünki hər şeyə sıfırdan başlayacağıq və əvvəlki mövqelərimizə qayıtmaq üçün lazımi səviyyəyə malik olduğumuzu yenidən sübut etməliyik.
Amma düşünürəm ki, son üç mövsümdə də belə olub. Bir müddət lider olmuşuq, daha sonra lideri təqib etmişik. Hansının daha yaxşı olduğunu heç vaxt bilmirsən. Seçim imkanım olsa, birinci olmaq və çempionluq yarışında təqib edilən tərəf olmaq istəyərdim. Arzu edirəm ki, gələcək başqasından asılı olmasın, öz əlimizdə olsun”, – deyə Arteta bildirib.
Qeyd edək ki, “Arsenal” İngiltərə Premyer Liqasının yeni mövsümündə ilk oyununu bu gün “Koventri Siti”yə qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Namiq HUN