“Arsenal”ın ulduzu gözünü bütün kuboklara dikdi!

“Arsenal”ın ulduzu gözünü bütün kuboklara dikdi!
04.08.2026 09:00 İdman

“Arsenal”ın yarımmüdafiəçisi Kay Haverts komandasının yeni mövsümdə daha yüksək hədəflər qarşısına qoyduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Almaniyalı futbolçu digər komandaların da gücləndiyini vurğulayaraq, “topçular”ın uğurlarını davam etdirmək üçün səviyyələrini artırmalı olduqlarını deyib.

“Düşünürəm ki, daha da irəli getməliyik. Görürsünüz ki, digər komandalar da güclənir. Buna görə biz də yeni səviyyəyə yüksəlməliyik. Bunun üçün məşq edir, yoldaşlıq oyunlarında iştirak edirik ki, mövsümdə məqsədlərimizə çataq. Bütün titulları qazanmaq istəyirik. Son iki mövsümdə çox şey əldən verdik. İndi Premyer Liqanı qazandıq, amma daha böyük uğurlar əldə edə bilərik”, – deyə Haverts bildirib.

Qeyd edək ki, “Arsenal” ötən mövsüm İngiltərə Premyer Liqasının qalibi olub və UEFA Çempionlar Liqasının finalına yüksəlib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər