“Arsenal”ın ulduzları zədələndi

“Arsenal”ın ulduzları zədələndi
25.08.2025 09:10 İdman

“Arsenal” klubunun futbolçuları Bukayo Saka və Martin Edeqorun zədələrinin dərəcəsi açıqlanıb. 

TodayPress TV The Athletic nəşrinə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının II turunda “Lids” (5:0) oyunda meydanı vaxtından əvvəl tərk edən hər iki oyunçunun zədəsi gözlənildiyindən daha yüngül olub. 

Onların bərpa prosesi qısa müddətdə başa çatacaq. Buna baxmayaraq, avqustun 31-də “Liverpul”la keçiriləcək qarşılaşmada iştirakları hələ də sual altındadır.

Xatırladaq ki, ötən mövsümdə də həm Saka, həm də Edeqor uzun müddət zədə səbəbindən “topçular”a kömək edə bilməmişdi.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər