“Arsenal”a məğlubiyyət həyəcan təbili çaldı: “Çelsi”dən təcili addım
“Çelsi” qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “BBC” nəşri məlumat yayıb.
Bildirilir ki, London təmsilçisinin yanvar ayındakı əsas hədəfi mərkəz yarımmüdafiəçisi transfer etməkdir. “Zadəganlar” yay transfer pəncərəsinin son günlərində 145 milyon avroya “Mançester Siti”yə keçən argentinalı Entso Fernandesin əvəzləyicisini tapa bilməyiblər.
Avqust ayının sonunda “Çelsi”nin Sander Berge (“Fulhem”), Lamine Kamara (“Monako”) və Manu Kone (“Roma”) ilə maraqlandığı, lakin Fransa klubunun yarımmüdafiəçisinin transferinin son dəqiqələrdə boşa çıxdığı bildirilir.
Mənbənin məlumatına görə, “Çelsi”nin yanvar siyahısına “Bornmut”un yarımmüdafiəçisi Aleks Skott da daxildir.
Komandanın yeni yarımmüdafiəçiyə ehtiyacı olduğunu Premyer Liqanın III turunda “Arsenal”a qarşı matç (1:2) bir daha göstərib. Həmin görüşdə baş məşqçi Xabi Alonso oyunu mərkəzdə sağ cinah müdafiəçiləri Ris Ceyms və Malo Qyusto ilə başa vurub.
Namiq HUN