“Arsenal” çempionluğa çox yaxındır

“Arsenal” çempionluğa çox yaxındır
07.01.2026 17:34 İdman

Opta superkompüteri 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasının (APL) XX turundan sonra komandaların çempionluq şanslarını yeniləyib. 

TodayPress TV xəbər verir ki, Opta Analystin məlumatına görə, turnir cədvəlinin lideri olan “Arsenal”ın çempionluq ehtimalı 86,15% təşkil edir.

Opta versiyasına əsasən, XX turdan sonra APL-də çempionluq şansları belədir:

1. “Arsenal” — 86,15%

2. “Mançester Siti” — 9,84%

3. “Aston Villa” — 3,93%

4. “Liverpul” — 0,07%

5. “Çelsi” — 0,01%

Hazırda “Arsenal” 20 oyundan sonra 48 xalla Premyer Liqaya başçılıq edir. Onu “Mançester Siti” (42 xal), “Aston Villa” (42), “Liverpul” (34) və “Çelsi” (31) izləyir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər