Aquero Buaddini Rodrinin varisi gördü: “Bütün keyfiyyətlərə sahibdir!”
Argentina millisinin və “Mançester Siti” klubunun sabiq hücumçusu Serxio Aquero “Lill”də çıxış edən Mərakeş millisinin yarımmüdafiəçisi Ayyub Buaddinin İngiltərə təmsilçisinə mümkün keçidi barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədən “Tribal Football” məlumat yayıb.
Bildirilib ki, Aquero eyni zamanda “Mançester Siti”nin yeni transferi Elliot Andersonun da çıxışını yüksək qiymətləndirib.
“Elliot Anderson ötən mövsüm inanılmaz səviyyədə çıxış etdi və bununla da İngiltərə millisinin dünya çempionatında əsas heyətində yer almağa layiq olduğunu göstərdi. O, çox dinamik və universal yarımmüdafiəçidir. Qapıya zərbələr endirə, hücumlara qoşula və qol vəziyyətləri yarada bilir. Elliot komanda üçün çox vacib ola bilər.
Eyni sözləri Ayub Buaddi haqqında da demək olar. O, dünya çempionatında çox yüksək səviyyədə oynadı. Yaşına baxmayaraq, topu öz qapısından çıxararkən inanılmaz yetkinlik nümayiş etdirdi. Onun “Mançester Siti” üçün həmişə həyati əhəmiyyət daşıyan Rodrinin əla əvəzləyicisi olmaq üçün bütün keyfiyyətləri var”, – deyə Aquero bildirib.
Namiq HUN