Antonellinin böyük arzusu: “Ferrari” sükanı arxasına keçəcək

Antonellinin böyük arzusu: “Ferrari” sükanı arxasına keçəcək
18.08.2026 13:36 İdman

“Mercedes” pilotu Andrea Kimi Antonelli gələcəkdə “Ferrari”yə keçəcək. 

TodayPress TV xəbər verir ki, məşhur italiyalı jurnalist Leo Turrini buna əmin olduğunu bildirib.

O qeyd edib ki, 20 yaşlı pilot üçün “Ferrari”yə keçmək böyük arzusunun gerçəkləşməsi olacaq.

“Bunu dəfələrlə demişəm və yenidən təkrarlaya bilərəm: Kimi Antonelli bir gün “Ferrari” pilotu olacaq. Çünki “Ferrari”yə keçid Kiminin arzusudur. Lakin o, bunu açıq şəkildə etiraf edə bilməz.

Bunun nə vaxt baş verəcəyini deyə bilmərəm. Söhbət hələ 20 yaşı tamam olmayan bir gəncdən gedir. Hər halda, pilot təkbaşına heç nə qazana bilməz. Amma bəli, bir gün bu keçid baş verəcək və bu, möhtəşəm gün olacaq”, – deyə Turrini öz saytındakı köşə yazısında bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər