Antonelli "Formula 1" üzrə Qətər Qran-prisinin qalibi oldu

Antonelli "Formula 1" üzrə Qətər Qran-prisinin qalibi oldu
29.11.2026 22:41 İdman

"Mercedes" komandasının italyan pilotu Kimi Antonelli "Formula 1" üzrə dünya çempionatının 22-ci mərhələsi olan Qətər Qran-prisinin qalibi olub.

TodayPress TV xəbər verir ki, yarış Lusail avtodromunda baş tutub.

Antonellinin komanda yoldaşı, britaniyalı Corc Rassel ikinci, avstraliyalı Oskar Piastri ("Maklaren") isə üçüncü yeri tutub.

Dünya çempionatının sonuncu, 23-cü mərhələsi 4-6 dekabrda BƏƏ-də keçiriləcək.

XƏBƏR LENTİ
29 NOYABR 2026
Bütün Xəbərlər