Trampın imzası İranın əlində: Əraqçi nəyi nəzərdə tutur?

Trampın imzası İranın əlində: Əraqçi nəyi nəzərdə tutur?
29.11.2026 23:00 Dünya

Hörmüz boğazının qısa müddətdə açılmasına və ABŞ ilə yekun saziş barədə danışıqlara başlanmasına imkan verəcək İran planı hələ də qüvvədədir.

TodayPress TV xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bəyan edib.

“Bu plan qısa müddətdə nəticə verə bilər: Hörmüz boğazı açılacaq və tələblərimiz yerinə yetirildiyi təqdirdə yekun sazişə nail olmaq üçün danışıqlara başlanacaq”, – deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, hazırda danışıqlar prosesində ictimaiyyətə açıqlana biləcək yeni hadisələr baş verməyib. Əraqçi planı tam əsaslandırılmış və balanslaşdırılmış adlandırıb, çünki burada həm İranın tələbləri, həm də qarşı tərəfin mövqeyi nəzərə alınıb.

“Mən dəfələrlə demişəm ki, tələblərimiz nə qəribədir, nə də yenidir. Onların hamısı bu və ya digər şəkildə əvvəllər irəli sürülüb və bir çoxunun altında cənab Trampın imzası var”, – deyə o bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 NOYABR 2026
Bütün Xəbərlər