Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatında Neymarın hazırlıq səviyyəsi ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV “Globo” nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssisi narahat edən yeganə məqam hücumçunun turnirə tam hazır vəziyyətdə başlamaması olub.
“Məni narahat edən yeganə məsələ o idi ki, Neymar turnirdən əvvəl məşqlərdə daha yaxşı işləyə və ilk oyuna daha hazır vəziyyətdə gələ bilərdi. Təəssüf ki, o, optimal formasına yalnız dördüncü oyunda çatdı. Bundan başqa, davranışı nümunəvi idi. Bərpası üçün ciddi çalışdı, komandaya kömək etdi və məşqlərdə son dərəcə intizamlı idi”, – deyə Ançelotti bildirib.
Qeyd edək ki, Neymar 2026-cı il dünya çempionatında cəmi iki oyunda meydana çıxıb. O, Şotlandiya ilə qrup mərhələsinin son görüşündə (3:0) matçın sonlarında, Norveçə qarşı 1/8 final oyununda (1:2) isə 67-ci dəqiqədə ehtiyat oyunçular skamyasından meydana daxil olub.
Namiq HUN