Ançelottidən Mourinyonun dönüşünə yaşıl işıq!

Ançelottidən Mourinyonun dönüşünə yaşıl işıq!
14.05.2026 10:46 İdman

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti portuqaliyalı mütəxəssis Joze Mourinyonun yenidən “Real Madrid” klubuna qayıda biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, italiyalı çalışdırıcı Mourinyonun “Real”a dönüş ehtimalını müsbət qiymətləndirib.

“Əgər o, “Real”a qayıtsa, buna səmimi qəlbdən sevinərəm. Mourinyo əvvəllər çalışdığı klublarda gördüyü işi burada da görə bilər. Hazırda Madrid təmsilçisinə yenidənqurma lazımdır. Son illərdə komanda Kazemiro, Toni Kroos, Luka Modriç və Kərim Benzema kimi əsas oyunçularını itirib. Komandadaxili atmosfer çox vacibdir və bunu lider xarakterli futbolçular formalaşdırır. “Real”ın əvvəlki uğurlu atmosferi bərpa etməsi üçün zamana ehtiyacı olacaq”, – deyə Ançelotti bildirib.

Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə “Real Madrid”ə rəhbərlik edib. O, “kral klubu” ilə İspaniya çempionluğu, ölkə kuboku və Superkubokunu qazanıb.

Hazırda Joze Mourinyo “Benfika” klubunu çalışdırır. İddialara görə, Portuqaliya təmsilçisi mütəxəssisin “Real”a keçidinə mane olmayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Rumıniya Rusiya təhdidinə qarşı mübarizəni gücləndirir 20:45 Bütün Xəbərlər