Ançelottidən gözlənilməz addım: Rafinyaya yeni rol həvalə edilir!
"Barselona" klubunun və Braziliya millisinin hücumameyilli yarımmüdafiəçisi Rafinya yığmanın növbəti matçında mərkəz hücumçusu mövqeyində çıxış edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "The Touchline" nəşri sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Rafinyanı mərkəz hücumçusu rolunda yoxlamağı planlaşdırır. Təcrübəli mütəxəssisin bu qərarı futbolçunun klubdakı yüksək məhsuldarlığı ilə bağlıdır.
Belə ki, braziliyalı futbolçu "Barselona"nın heyətində son matçlarda "Rasinq" (7:2) və "Sevilya" (3:1) ilə görüşlərdə het-trikə imza atıb. Rafinya cari mövsümdə Avropanın ilk 5 liqası çərçivəsində ən çox qol vuran futbolçudur.
Qeyd edək ki, Braziliya milli komandası növbəti matçını sentyabrın 29-da Avstraliya yığmasına qarşı keçirəcək.
Namiq HUN