Ançelotti ulduzları yığmaya çağırmadı
Futbol üzrə Braziliya milli komandasının dünya çempionatının seçmə mərhələsinin son iki turu üçün heyəti açıqlanıb.
TodayPress TV xəbər verir ki, futbol sehrbazlarının baş məşqçisi Karlo Ançelotti “Santos”un hücumçusu Neymara dəvət göndərməyib.
İtaliyalı mütəxəssis “Real Madrid” klubunun braziliyalı futbolçularını da heyətə cəlb etməyib. Vinisius Junior, Eder Militao, Rodriqo və Endrik yığmaya çağırılmayıb.
Qeyd edək ki, Braziliya millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Çili, 10-da isə Boliviya yığması ilə qarşılaşacaq.
Namiq HUN