AMADA-dan sərt qərar: dopinqə görə uzunmüddətli cəza

AMADA-dan sərt qərar: dopinqə görə uzunmüddətli cəza
07.01.2026 16:13 İdman

Azərbaycan və ABŞ-dən olan idmançılar dopinq qaydalarını pozduqları üçün cəzalandırılıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) rəsmi məlumat yayıb.

Bildirilib ki, atıcı Rəna Ələsgərova və qol güləşçisi Timoti Lyuis 3 il müddətinə diskvalifikasiya edilib.

Araşdırmalar zamanı hər iki idmançının dopinq nümunəsində qadağan olunmuş maddə və ya onun metabolit və markerlərinin mövcudluğu aşkarlanıb. Bu səbəbdən onlara antidopinq qaydalarına uyğun olaraq sanksiya tətbiq edilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər