Alonso “Real Madrid” haqda danışmaqdan yayındı!

Alonso “Real Madrid” haqda danışmaqdan yayındı!
21.05.2026 13:00 İdman

Xabi Alonso Madrid “Real”ı ilə bağlı suala maraqlı reaksiya verib.

TodayPress TV xəbər verir ki, yeni mövsümdən etibarən “Çelsi”ni çalışdıracaq ispaniyalı mütəxəssis keçmiş komandası barədə danışmaq istəməyib.

““Real Madrid”? Yox, yox, yox… Mən heç nə deyə bilmərəm”, – deyə Xabi Alonso bildirib.

Qeyd edək ki, Alonso son olaraq “Real Madrid”də çalışıb. O, “kral klubu”na 2025-ci ilin yayından 2026-cı ilin yanvar ayına qədər rəhbərlik edib.

“Çelsi” mayın 17-də Xabi Alonsonun baş məşqçi təyinatını rəsmən açıqlayıb. 44 yaşlı mütəxəssis iyulun 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, ispaniyalı məşqçi ilə 4 illik müqavilə imzalanıb. Klubun açıqlamasında onun məşqçi yox, menecer funksiyalarını yerinə yetirəcəyi və daha geniş səlahiyyətlərə sahib olacağı vurğulanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər