Almaniyada himnimiz səsləndi: U-17-lərdən möhtəşəm nəticə!
İdman
18.12.2025 10:54
Azərbaycan boksçuları Almaniyanın Keinbaum şəhərində keçirilən U-17 Avropa çempionatını dörd medalla başa vurublar.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Gülər Hüseynova (48 kq) finalda Asmin Cabasla (Türkiyə) qarşılaşıb. MDB Oyunlarının qalibi Avropa çempionatını da titulla yekunlaşdırıb. Gülər rəqibini 5:0 (29:26, 29:26, 30:25, 30:25, 28:27) hesabı ilə məğlub edərək Almaniyada Azərbaycan himnini səsləndirib.
Qardaş Rəhimov (46 kq) da MDB Oyunlarının ardınca Avropa çempionatında qızıl medalı boynundan asıb. Rəhimov həlledici görüşdə Birham-Pasa İuseima (Rumıniya) 3:2 (29:28, 30:27, 30:27, 27:30, 28:29) hesabı ilə qalib gəlib.
Millimizin digər üzvlərindən Şahin Aslanov (60 kq) və Şükar Əliyev (75 kq) isə Avropa çempionatının gümüş medalı ilə kifayətlənməli olublar.
Namiq HUN
tag: Boks,Almaniya,Medal,Qələbə,Todaypress.tv,
