Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə

Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə
11.08.2026 13:09 İdman

“Bavariya” İngiltərənin “Brentford” klubunda çıxış edən İqor Tyaqoya maraq göstərir.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkədə məlumat yayıb.

Bildirilir ki, Almaniya çempionu 25 yaşlı braziliyalı hücumçunu hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab edir və mümkün transferlə bağlı ilkin danışıqlara başlayıb.

Danışıqlar hələ erkən mərhələdədir. Buna baxmayaraq, tərəflər artıq mümkün keçidin şərtlərini müzakirə edirlər.

Qeyd edək ki, Tyaqo 2025/2026-cı illər mövsümündə “Brentford”un heyətində Premyer Liqada 38 matçda iştirak edib. Braziliyalı forvard bu görüşlərdə 22 qol vurub və 1 məhsuldar ötürmə edib. O, İngiltərə yüksək liqasında mövsümün ən məhsuldar ikinci futbolçusu olub.

Hücumçunun “Brentford”la müqaviləsi 2031-ci ilin iyununa qədər qüvvədədir. “Transfermarkt” portalında onun bazar dəyəri 65 milyon avro qiymətləndirilir.

Namiq HUN

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər