Aleksander İsak mühafizəçi itə sərvət xərclədi
İdman
22.11.2025 16:00
“Liverpul” klubunun hücumçusu Aleksander İsak təhlükəsizlik məqsədi ilə 30 min funt sterlinq (təxminən 34 min avro) dəyərində mühafizəçi doberman alıb.
TodayPress TV xəbər verir ki, bu barədə The Sun nəşri məlumat yayıb.
Bildirilir ki, futbolçu bu addımı İsveç yığmasında çıxışları səbəbindən aldığı öldürülmə hədələrindən sonra atıb. İsak son oyunlarda uğursuz nəticə göstərən İsveç millisinin seçmə mərhələdəki performansı fonunda fanatlardan ağır təhdidlər alıb. Hadisə futbolçuda şəxsi təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb.
Qeyd edək ki, son illər Premyer Liqa futbolçuları arasında şəxsi mülklərini qorumaq üçün mühafizəçi itlər almaq trendə çevrilib. Bu, Birləşmiş Krallıqda məşhurların evlərinə edilən ardıcıl oğurluq və qarət halları fonunda baş verir.
Aleksander İsak cari mövsüm klub və yığma daxil olmaqla 12 matçda iştirak edib və cəmi 1 qol vurub.
Namiq HUN
tag: Aleksander İsak,Mühafizəçi,İt,Qərar,Todaypress.tv,
