Albaniyada Azərbaycan bayrağını yüksəltdilər: 4 medal
Albaniyanın paytaxtı Tiranada keçirilən “Albania Open” beynəlxalq taekvondo turnirində Azərbaycan idmançıları dörd medal əldə ediblər.
TodayPress TV xəbər verir ki, gənclər arasında mübarizədə Novruz Əliyev (55 kq) gümüş medal qazanıb.
Böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri Minayə Əkbərova (46 kq), Fuad Məhərləmli (63 kq) və Cavad Ağayev (74 kq) isə turniri bürünc medallarla başa vurublar.