Albaniyada acı məğlubiyyət: Azərbaycan U-17 millisi İrlandiyaya darmadağın oldu!

Albaniyada acı məğlubiyyət: Azərbaycan U-17 millisi İrlandiyaya darmadağın oldu!
28.09.2026 17:20 İdman

17 yaşadək qızlardan ibarət Azərbaycanın futbol milli komandası Albaniyada keçirilən Avropa çempionatının seçmə mərhələsində ilk matçına çıxıb. 

TodayPress TV xəbər verir ki, B Liqasının B1 qrupu çərçivəsində Rroqojinə şəhərində baş tutan qarşılaşmada yığmamız İrlandiya millisinə 0:16 hesabı ilə yenilib.

U-17 millimiz növbəti matçını oktyabrın 1-də Kosovoya qarşı keçirəcək. Təmsilçilərimiz oktyabrın 4-də isə meydan sahibi Albaniya yığması ilə üz-üzə gələcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər